Rusiyanın SWIFT-dən ayrılması prosesinə başlanıldı - RƏSMİ

18:23 - 26 Fevral 2022

Rusiyanın SWIFT-dən ayrılması prosesinə başlanıldı - RƏSMİ

Rusiyanın SWIFT-dən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) ayrılmasına qərar verilib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

“Qərar hələ rəsmiləşdirilməyib, lakin qərarın qəbul edilməsi və bu sanksiyanın həyata keçirilməsi üçün texniki hazırlıqlara başlanılıb. Bütün Ukrayna diplomatiyası işlədi - Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər.

Bu qərarı dəstəkləmək üçün hökumətlərinə təzyiq göstərən minlərlə insana, xüsusən də Ukrayna diasporuna təşəkkür edirəm. Ukraynalı diplomatlar bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər”, - deyə o əlavə edib.

Mənbə: Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın rəsmi “Facebook” səhifəsi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az