Ukraynanın Sumı rayonunun Pidlipne kəndində rus hərbçiləri texnikasını ataraq Rusiyaya piyada yola düşüblər.
Manşet.az xəbər verir ki, bu barədə UNİAN video yayıb.
Görüntüdə 9 işğalçının əşyaları ilə ağır texnikanı necə tərk edərək Rusiyaya qayıtması əks olunub.
Yerli sakinlər rus hərbçilərinin texnikalarının ətrafını minalayıb-minalamadqlarını soruşdular. Onlar minalamadıqlarını bildiriblər. Kənd sakinləri rus hərbçilərinin qərarını dəstəkləyib və onların evlərinə sağ-salamat qayıtmasını arzulayıblar.