"Ukraynanın paytaxtı Kiyev şəhərində vəziyyət ağır olaraq qalır”.
Manşet.az xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitaliy Kliçko növbəti videomüraciətində deyib.
Kliçko paytaxt sakinlərini zərurət yaranmadıqda küçəyə çıxmamağa çağırıb.
O, həmçinin bildirib ki, Kiyevdə komendant saatının müddəti bir saat uzadılıb. Belə ki, Kiyevdə 20:00-dan 08:00-a qədər komendant saatı qüvvədədir. Daha əvvəl isə komendant saatı 07:00-a qədər idi.