Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək

18:51 - 01 Mart 2022

Sabah 200 azərbaycanlı Odessadan təxliyə ediləcək

"Odessada yaşayan bir qrup azərbaycanlının sabah təxliyə ediləcəyi gözlənilir”.

Manşet.az xəbər verir ki, bu barədə Odessa Azərbaycanlılarının Diasporu "Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.

Onun sözlərinə görə, sabah Odessadan 200-ə yaxın azərbaycanlının təxliyəsi nəzərdə tutulur:

"Bunun üçün 2 avtobus ayrılıb. Daha iki avtobusun ayrılması üçün də çalışırıq. Hazırda nəqliyyat vasitəsi tapmaq çox çətindir”.

Rövşən Quliyev qeyd edib ki, təxliyə üçün 300-ə yaxın azərbaycanlı müraciət edib.

O diqqətə çatdırıb ki, təxliyə olunacaq azərbaycanlılar Moldova sərhədinə çatdırılacaq.
 
(APA)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az