Ukraynanın Odessa şəhərində sakinlər Rusiyanın dənizdən mümkün hücumuna qarşı qum torbaları ilə barrikada qurublar.
Manşet.az xəbər verir ki, başda paytaxt Kiyev olmaqla bir çox şəhərlərdə yol və meydanlarda barrikadalar qurulub.
Qeyd edək ki, rəsmi Kiyev Rusiyanın hücumlarında indiyədək 14-ü uşaq olmaqla, 352 mülki şəxsin həyatını itirdiyini açıqlayıb. 116-sı uşaq olmaqla, 1684 mülki şəxsin yaralandığı bildirilib.
Münaqişələrdən qaçaraq qonşu ölkələrə sığınan ukraynalıların sayı isə 600 mini keçib.