Ağ Evin yaxınlığında atışma - yaralılar var

10:04 - 23 İyul 2021

Ağ Evin yaxınlığında atışma - yaralılar var

Ağ Evin yaxınlığında atışma baş verib.

Manset.az xəbər verir ki, bu haqda məlumatı Vaşinqton şəhər polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsi yayıb.

Məlumata əsasən, insident bu gecə Ağ Evdən cəmi 2 kilometr aralıda baş verib. Atışma zamanı iki nəfər xəsarət alıb. Yaralılar yerli xəstəxanalara yerləşdirilib və vəziyyətləri sabitdir.

Şahidlərin sözlərinə görə, 20-30 atəş səsi eşidilib.

Hazırda polis şübhəli şəxsi axtarır. Atışmanın yerli nömrəyə sahib qara avtomobilli bir kişi tərəfindən törədildiyi güman edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az