Xəbər verdiyimiz kimi, Ermənistanın yenidən baş naziri seçilmiş Nikol Paşinyan ilk rəsmi səfərini avqustun 5-də İran İslam Respublikasına etdi. Səfərdə məqsəd İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak olsa da, iki ölkə rəhbərləri arasında keçirilən görüş regionda aktiv müzakirələr yaratdı.
Manset.az xəbər verir ki, görüşdən sonra yayılan rəsmi məlumata görə, Paşinyan Rəisi ilə danışıqlarda İranla əlaqələrin inkişafının Ermənistan üçün xüsusi əhəmiyyət daşıdığını deyib. Tərəflər, həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Bundan əlavə, Paşinyan “Mehri” azad iqtisadi zonasının aktivləşməsi və İranla Avrasiya İqtisadi ittifaqı arasında sərbəst ticarət rejiminin bunun təşviqində rolunu diqqətə çatdırıb.
Bağlı qapılar arasında baş tutan görüşdə regional məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin də aparıldığı istisna edilmir. Siyasi kluarlarda gəzən iddialara əsasən, İran tərəfi Zəngəzur dəhlizinə alternativ imkanlarını nəzərdən keçirir və ölkə başçılarının ilk görüşündə bu məsələnin diqqətdən kənarda qalmadığı ehtimal olunur.
Ekspertlərin fikrincə, İran və Ermənistanın gizli planı bölgəni yenidən alovlandırmaq niyyəti daşıyır. Tərəflərin alternativ variantları gizli danışıqlar masasında nəzərdən keçirməsi hələlik rəsmən təsdiqlənməsə də, çox güman ki, yaxın vaxtlarda Tehran və Yerevanın məqsəd və məramı bəlli olacaq.
Zəngəzur dəhlizinə alternativ mümkündürmü? İran Azərbaycanla əlaqələri pozacaq riskə getməyə hazırdırmı?
Mövzu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, İran Ermənistana dəstək verməklə xəyallar qurur. Lakin nə İran, nə də Ermənistan Azərbaycanın Zəngəzur layihəsini əngəlləyə biləcək.
"Mollalar bir vaxtlar Qara dənizə çıxarmaq istədikləri boru kəmərlərini Ermənistanın ərazisindən keçirmək üçün təkliflər edirdilər. Amma bu işlərin başında duran, aranı qarışdıran molla rejiminin fars şovinizminə söykənən qanadıdır. Türkiyə-Azərbaycan qardaşlığını qısqanaraq alternativ təkliflər irəli sürürlər. İran ermənilərlə dəmir yolu xətti çəkmək istəyir. Guya bununla hara gedib çıxa biləcəklər ki? Ermənistan sərhədindən o tərəfə heç nə yaratmağa imkan yoxdur. Üstəlik, İsrail, Avropa, Amerika İranı çox ciddi ittihamlarla təhdid edir, rejimi dəyişmək, sanksiyalarla boğmaq istəyirlər. Onu da deyim ki, İranı vurmaq planının başında elə Amerika özü dayanacaq".
Qabil Hüseynlinin fikrincə, İran hazırda Suriya və İraqda da aranı qarışdırmağa davam edir:
"İndi isə Ermənistanla ittifaq yaratmaqla bölgədəki vəziyyəti gərginləşdirməyə çalışırlar. İran müasir dünya düzəni ilə üst-üstə düşməyən teokratik rejim yaradıb. Əl boyda Ermənistanla mollalar hansı sağlam işbirliyi yarada bilər? Gərginlik yaratmağa çalışan araqarışdıranlar istəyinə çata bilməyəcəklər. Onlar sadəcə bir müddət ictimai fikri dalğalandırıb, sonradan sönüb, yox olacaqlar.
Ermənistanla işbirliyi yaratmaq istəyinə düşüblərsə, bu, molla rejiminə yaxşı heç nə vəd etmir. Əlləri hər şeydən üzülüb, rejim görün nə günə qalıb ki, müharibədə məğlub olmuş, hələ dizi üstündə qalan, ayağa qalxa bilməyən iki milyonluq ölkə ilə hansısa iqtisadi layihə planlaşdırır. Bu, başdan ayağa avantüradır, həyata keçməsi mümkün deyil".
Bir məqamı vurğulayaq ki, İran Ermənistanla birgə bölgənin geoiqtisadi mənzərəsini dəyişəcək Zəngəzur layihəsinə qarşı çıxacağı təqdirdə, bu, qonşu ölkədə yaşayan milyonlarla azərbaycanlının kəskin etirazına səbəb olacaq. Təbrizin Azərbaycanın maraqlarına zidd olan təxribatçı planla barışmayacağını, soydaşlarımızın küçələrə axışaraq etiraz səsini qaldıracağını əminliklə deyə bilərik.
Qarabağın 30 illik işğalına son qoyulmasını böyük sevinclə qeyd edən İran azərbaycanlıları bölgədə sülh və təhlükəsizliyə zərbə olacaq istənilən planın, eləcə də Azərbaycana qarşı yönələn hər bir addımın önündə keçilməz sipər kimi dayanmağa hazırdırlar.
Bəs, bundan xəbərsiz olmayan ölkə rəhbərliyi Ermənistanın maraqları naminə milyonlarla insanla üz-üzə gəlməyi, kütləvi etirazlar fonunda hakimiyyətini təhlükəyə atmağı gözə alacaqmı?
Onsuz da heç bir layihədə uğur və perspektiv vəd etməyən Ermənistan üçün belə riskə getməyin lüzumsuz olduğunu İranı idarə edən güclər bilməmiş deyillər. Əlbəttə, belə situasiyada İran iki seçim qarşısında qalır:
Ya "dost" Ermənistan üçün özünü oda atmalı, ya da Azərbaycanın regionda yaratdığı reallıqlarla barışmalıdır.
İranın gizli Zəngəzur planı: Təbriz buna imkan verməyəcək
23:02 - 08 Avqust 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
14 İyul 2026 - 10:15
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
13 İyul 2026 - 22:51
“Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı - VİDEO
13 İyul 2026 - 22:34
Bakıda maşında meyit tapıldı
13 İyul 2026 - 21:53
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir
13 İyul 2026 - 23:51
Bakıda “Chevrolet” və “Tesla” toqquşdu
13 İyul 2026 - 21:16
Yanan ərazilərdə minalar partlayır
13 İyul 2026 - 22:17
Ukraynanın Baş naziri istefa verdi
13 İyul 2026 - 21:33
Slovakiya Prezidenti Azərbaycandadır - FOTO
13 İyul 2026 - 23:47
"Neftçi" "Osiyek"ə uduzdu
13 İyul 2026 - 23:18
Rəqsanə Qubada konsert verdi
13 İyul 2026 - 23:31
Venesuelada zəlzələlərdə ölənlərin sayı ARTDI
14 İyul 2026 - 00:30
Qəhvənin acılığını bu yolla azaltmaq olar
Xəbər xətti
- 14 İyul 2026
- 14:36 "Beşiktaş"dan ona 8 milyonluq TƏKLİF - FOTO
- 14:10 Xaləddin İsgəndərovun bacısı oğlu və Elçin İbrahimov barədə İLGİNC İDDİA
- 14:06 Pilotu səmada yazdığı sözə görə istirahətə göndərdilər - FOTO
- 13:54 “AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi - FOTOLAR
- 13:50 Şuşa Qlobal Media Forumu - Yeni çağırışların müzakirə məkanı
- 13:43 Bakıda həyəcan siqnalı - Avtomobil və avtobuslar niyə qəfil alışır?
- 13:36 Azərbaycanın strateji baxışı Şuşadan dünyaya çatdırıldı
- 13:35 Bu ərazilərdə iyul pensiyaları ödənildi
- 13:17 Prezidentlərin Şuşa görüşündən video paylaşıldı
- 13:07 “Azərsun Holdinq” Milli mətbuat Günü münasibəti ilə tədbir keçirdi - FOTOLAR
- 13:05 Zaur Nəbioğlu mətbuat katibi təyin olundu
- 12:37 Deputatlar tətilə çıxdılar
- 12:23 Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
- 12:12 "Süni intellekt artıq reallığa çevrilib"
- 12:00 AccessBank 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
- 11:42 Braziliya Prezidentindən Trampa SƏRT SÖZLƏR
- 11:40 Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdirilir
- 11:33 Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
- 11:24 Avropanın 10 ölkəsi Anti-Ballistik Raket Koalisiyası yaratdı
- 11:17 Azərbaycanda Media və Yayım Şurası yaradılır
- 11:15 İlham Əliyev Makronu təbrik etdi
- 11:12 Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
- 11:09 Ombudsman Vergi Xidmətinin saxlanma şəraitini yoxladı - FOTO
- 11:00 Prezidentlər geniş tərkibdə görüşdü - FOTOLAR
- 11:00 Putin Ukraynaya gözdağı verdi
- 10:58 Qazıntılar altından 2200 illik gizli şəhər çıxdı - FOTOLAR
- 10:53 Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşdü - FOTO
- 10:40 Prezidentlərin təkbətək görüşü oldu
- 10:39 "İrana qarşı yeni hücumlara başladıq" - ABŞ ordusu
- 10:15 Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- 10:06 İlham Əliyev Peter Pelleqrinini Şuşada qarşıladı
- 09:44 "Qarabağla bağlı beynəlxalq mediada qərəz var idi"
- 09:30 Fransa İspaniyaya qarşı - DÇ-2026-da yarımfinal
- 09:11 Sözün diplomatiyaya çevrildiyi məkan - Şuşa Forumu
- 08:58 Paytaxtın hansı küçələrində tıxac var?
- 08:30 Yayda bu meyvələri yeyin - Çox faydalıdır
- 08:00 Əsəbləri sakitləşdirən qidalar hansılardır?
- 01:30 İntellekt və rəng seçimi arasında əlaqə var?
- 00:30 Qəhvənin acılığını bu yolla azaltmaq olar
- 13 İyul 2026
- 23:51 Bakıda “Chevrolet” və “Tesla” toqquşdu
- 23:47 "Neftçi" "Osiyek"ə uduzdu
- 23:31 Venesuelada zəlzələlərdə ölənlərin sayı ARTDI
- 23:18 Rəqsanə Qubada konsert verdi
- 22:51 “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı - VİDEO
- 22:34 Bakıda maşında meyit tapıldı
- 22:17 Ukraynanın Baş naziri istefa verdi
- 21:53 Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir
- 21:33 Slovakiya Prezidenti Azərbaycandadır - FOTO
- 21:16 Yanan ərazilərdə minalar partlayır
- 20:51 DİM-dən beynəlxalq dil sertifikatları ilə bağlı iddialara CAVAB
- 20:43 Tikintidə yeni standartlar - “Kristal”ın rəhbəri danışır