Pakistanda bazarda yanğın oldu - 300-dən çox mağaza yandı

22:29 - 07 Dekabr 2022

Pakistanda bazarda yanğın oldu - 300-dən çox mağaza yandı

Pakistanın paytaxtı İslamabadda, H-9 sektorunda yerləşən İtvar bazarında yanğın baş verib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğında 300-dən çox mağaza yanıb.

“Geo News” televiziyasının məlumatına görə, naməlum səbəbdən çıxan yanğında insan itkisi olmayıb.

Bildirilir ki, bu mağazalarda xalçalar, qış geyimləri və ikinci əl mallar satılırdı.

Yanğının nəzarətə götürüldüyü bildirilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az