Əfqanıstanda güclü zəlzələ

20:55 - 05 Yanvar 2023

Əfqanıstanda güclü zəlzələ

Əfqanıstanın şimal-şərqində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə cümə axşamı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 161 min nəfərdən çox əhalisi olan Kunduz şəhərindən 177 km şərqdə, 191 km dərinlikdə yerləşib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Zəlzələ Özbəkistanın rayonlarında da hiss olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az