Sabiq baş nazir xəstəxanaya yerləşdirildi

18:51 - 27 Avqust 2021

Sabiq baş nazir xəstəxanaya yerləşdirildi

İtaliyanın 84 yaşlı sabiq baş naziri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.

Manşet.az "Report"a istinadən xəbər verir ki, sabiq baş nazir Milandakı "San-Raffaele" xəstəxanasındadır.

TASS-ın müxbiri siyasətçinin kompleks klinik müayinə olunması və səhhətindəki problemin aşkarlanması üçün bu addımın qaçılmaz olduğu barədə məlumat verib.

Bildirilib ki, siyasətçi dünəndən sözügedən xəstəxanadadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az