ABŞ-da universitetdə atışma - Xəsarət alanlar var

23:43 - 04 Sentyabr 2021

ABŞ-da universitetdə atışma - Xəsarət alanlar var

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində atışma olub.

Manset.az-ın məlumatına görə, bu barədə şəhər polisi məlumat yayıb.

Məlumata görə, hadisə Tausonov universitetində qeydə alınıb. Atışma zamanı 3 nəfər xəsarət alıb.

“Universitetin kampusu ərazisində (atışma zamanı-red) üç nəfər xəsarət alıb. Polis təhqiqat aparır”, - polisin tvitterdəki səhifəsində bildirilir.

Universitet rəhbərliyinin məlumatına görə, xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Bundan əlavə, hadisə zamanı yaralananlardan yalnız bir qız təhsil müəssisəsinin tələbəsidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az