Hamam otağında qazdan boğuldu

13:47 - 24 Fevral 2024

Hamam otağında qazdan boğuldu

Bakıda daha bir nəfər dəm qazından ölüb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər rayonu Türkan qəsəbəsi İsmayılov küçəsində yaşayan Zülfiyyə Balayar qızı Zülfüqarova qazdan boğulub. Belə ki, o, yaşadığı evin hamam otağında olarkən dəm qazından zəhərlənib və hadisə yerində vəfat edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az