Azərbaycanda evdə partlayış: Ana və qızı xəsarət alıblar

11:16 - 28 Fevral 2024

Azərbaycanda evdə partlayış: Ana və qızı xəsarət alıblar

Qubanın Talabıqışlaq kəndində evdə baş verən partlayış zamanı iki nəfər xəsarət alıb.

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, partlayış nəticəsində xəsarət alan Humay Əliyeva və onun qızı Şükran Atayeva təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Quba Müalicə Diaqnostika Mərkəzində müalicə alan yaralılar bədənlərinin müxtəlif hissələrindən yanıq xəsarətləri alıblar.

İlkin ehtimala görə, hadisə qaz cihazları ilə ehtiyatsız davranma səbəbindən baş verib. Dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az