Sabirabadda baş verən yol qəzasında ölənlərin və yaralının kimliyi məlum olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı Sabirabad rayonunun Zalqarağac kənd sakinləri, sürücü 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu ölüblər.
Zalqarağac kənd sakini 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu isə müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
13:53
Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası olub.
Manset.az xəbər verir ki, Zalqarağac kəndində “Mercedes” və “Chevrolet” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində iki nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.