Bakının məşhur ticarət mərkəzlərindən biri olan "Dəniz Mall"da təşviş dolu anlar yaşanıb.
Manset.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, ticarət mərkəzindən insanlar təxliyə edilib.
Daha sonra ticarət mərkəzinin "Instagram" səhifəsində məsələyə aydınlıq gətirilib. Bildirilib ki, texniki xəta səbəbindən yanğın alarmı işə düşüb.
"Lakin yanğın və ya buna bənzər heç bir hadisə yoxdur", - deyə açıqlamada qeyd olunub.