"Dəniz Mall"da təşviş dolu anlar: ticarət mərkəzi boşaldıldı

23:00 - 25 Mart 2024

\"Dəniz Mall\"da təşviş dolu anlar: ticarət mərkəzi boşaldıldı

Bakının məşhur ticarət mərkəzlərindən biri olan "Dəniz Mall"da təşviş dolu anlar yaşanıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, ticarət mərkəzindən insanlar təxliyə edilib.

Daha sonra ticarət mərkəzinin "Instagram" səhifəsində məsələyə aydınlıq gətirilib. Bildirilib ki, texniki xəta səbəbindən yanğın alarmı işə düşüb.

"Lakin yanğın və ya buna bənzər heç bir hadisə yoxdur", - deyə açıqlamada qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az