Gəncədə Mahrasa Bağı qəsəbəsində su kanalizasiya çəkilişi ilə məşğul olan şirkətin işçilərindən biri qəflətən ölüb.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, günorta saatlarında 1960-cı il təvəllüdlü Ağalar Nağıyev dünyasını dəyişib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun ürək tutması nəticəsində öldüyü məlum olub.