Aeroport yolunda 6 avtomobil toqquşdu: Xəsarət alanlar var

23:35 - 01 İyul 2024

Aeroport yolunda 6 avtomobil toqquşdu: Xəsarət alanlar var

Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.

 

Manset.az bildirir ki, hadisə şahidlərinin Report-a verdiyi məlumata görə, qəza bu gün axşam saatlarında aeroport şosesində qeydə alınıb.

Yol qəzası zamanı 6 avtomobil toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az