Təcridxanaya narkotik aparan şəxs saxlanıldı

15:51 - 06 İyul 2024

Təcridxanaya narkotik aparan şəxs saxlanıldı

Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən bildirilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Həbs olunmuş şəxs Fuad Feyruz oğlu Ağayevlə görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının yan cibində gizlədilmiş bükülüdə 0,190 qram marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az