Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
2009-cu il təvəllüdlü A. Abbasov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal yeniyetməyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə A. Abbasov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.