Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yük və minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Pərviz Allahşükür oğlu və 3 sərnişin vəfat edib.
Qeyd edək ki, qəzaya uğrayan avtomobillərdən biri toy karvanına daxil imiş.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları cəlb olunub.