Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə rayonun Arıqıran kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü A.Nuhov bıçaq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ona ilkin yardım edilib, daha sonra Gəncədə yerləşən özəl klinikalardan birinə aparılıb.
Onu həmkəndilisinin bıçaqladığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.