Neftçalada yanan ev söndürüldükdən sonra kişi meyiti aşkarlanıb.
Manset.az Report.az-a istinadla xəbər verir ki, hadisə bu gün gecə saatlarında Bankə qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbədə fərdi yaşayış evlərin birində yanğın başlayıb. Hadisə yerinə cəlb olunan FHN-in Neftçala Yanğından Mühafizə Hissəsi tərəfindən yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.
Evə baxış zamanı yanmış kişi meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.
Hazırda meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər görülür.
Faktla bağlı araşdırma aparılır.