Taksi sürücüsü işləyən qohumu ilə əlbir olub “Bank of Baku”nun Şirvan filialında külli miqdarda qanunsuz kredit ayırmaqda təqsirləndirilən həmin bankın kredit mütəxəssisinin və qohumunun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Manset.az Report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, “Bank of Baku”nun Şirvan filialının kredit mütəxəssisi olmuş Abbasov Bəhrəm Abdulla oğlu iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il altı ay müddətə azadlıqdan məhrum edilib.
Onun barəsində olan “polisin nəzarətinə vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib.
Cinayət işi üzrə təqsirləndirilən taksi fəaliyyəti ilə məşğul olmuş və Bəhrəm Abbasovun qohumu Rzayev Əziz Xəqani oğlu isə iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il üç ay müddətə azadlıqdan məhrum edilib.
Onun barəsində də “polisin nəzarətinə vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib.
İttihama görə, bankın kredit mütəxəssisi Bəhrəm Abbasov taksi fəaliyyəti ilə məşğul olan qohumu Əziz Rzayev ilə əlbir olub onlara müraciət edən, eləcə də qanunla kredit ayrılması mümkün olmayan şəxslər barəsində bankın sənədlərinə yalan məlumatlar daxil etməklə 168 min 200 manat qanunsuz kredit ayırıb.
Həmçinin kredit üçün müraciət etmiş şəxslərdən ayrılan məbləğin müəyyən hissəsini rüşvət qismində almaqda ittiham edilib.
Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Əziz Rzayev isə ona kredit üçün müraciət etmiş şəxsləri yönləndirərək onları müxtəlif yerlərdən banka aparıb-gətirmək işləri ilə məşğul olub.
Bəhrəm Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Əziz Rzayev isə həmin məcəllənin 32.5, 308.1, 32.5, 311.3.2 və 32.5, 313 (qeyd edilən cinayətlərdə kömək etmə) maddələri ilə ittiham ediliblər.
"Bank of Baku"nun əməkdaşı taksi sürücüsü ilə əlbir olaraq qanunsuz kreditlər ayırıb
10:29 - 07 Dekabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
12 Fevral 2026 - 21:09
Azərbaycanda AĞIR QƏZA: Ölən var - FOTO
13 Fevral 2026 - 14:50
Günay Ağamalıdan qəza törətməsi ilə bağlı xəbərə SƏRT REAKSİYA
13 Fevral 2026 - 11:11
Bu şəxslərin pensiyası 3 dəfə artırılır
13 Fevral 2026 - 16:12
Ata Abdullayev azadlığa buraxıldı - DETALLAR
12 Fevral 2026 - 22:51
Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ
12 Fevral 2026 - 20:51
“Neftçi” – “Qarabağ” oyunu təxirə salındı
12 Fevral 2026 - 20:32
Gəncədə 2 piyadanı maşın vurdu - Vəziyyətləri orta-ağırdır
12 Fevral 2026 - 23:51
Meteohəssas insanların NƏZƏRİNƏ
13 Fevral 2026 - 01:49
Bakıda çoxmərtəbəli bina yanır
13 Fevral 2026 - 12:05
Xaricdən idarə olunan çevriliş planı - Dövlətə xəyanətin anatomiyası
13 Fevral 2026 - 18:17
Hazırda 20 yolda tıxac var - SİYAHI
13 Fevral 2026 - 13:01
Pensiya alanlara ŞAD XƏBƏR
Xəbər xətti
- 13 Fevral 2026
- 18:51 Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT
- 18:39 TƏBİB əməkdaşı olan keçmiş arvadını bıçaqlayan şəxs azadlıqdan məhrum edildi
- 18:23 İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşdü - FOTO
- 18:17 Hazırda 20 yolda tıxac var - SİYAHI
- 18:14 Daha bir narkokuryer tutuldu - VİDEO
- 18:06 “Ramiz Mehdiyevin evindən tapılan pullar ehtiyacı olanlara xərclənsin"
- 17:55 Nazir direktoru işdən çıxardı
- 17:45 Evlərdən 8 min manatlıq oğurluq edən şəxs saxlanıldı
- 17:35 Sabah 3 kənddə işıq olmayacaq
- 17:19 Zaur Mikayılov Qəbələdə vətəndaşlarla görüşdü - FOTOLAR
- 17:02 İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı ilə görüşdü - FOTO
- 16:49 "Ramiz Mehdiyev Akademiyanın üzvlüyündə qala bilməz" - AMEA
- 16:40 İnsanlar hansı yaşdan ibadətə başlaya bilərlər? - VİDEO
- 16:23 Xəzərdə nadir növdən olan balıqları ovlayan brakonyer SAXLANILDI
- 16:18 AZAL-dan bayram tətili üçün SEÇİMLƏR
- 16:15 Universitet yataqxanasına silahlı hücum - Ölən və yaralananlar var
- 16:12 Ata Abdullayev azadlığa buraxıldı - DETALLAR
- 16:06 Deportasiya edilən venesuelalar geri gətirilir
- 15:50 Azərbaycanda 1-ci kurs tələbəsi vəfat etdi - FOTO
- 15:25 Leyla Əliyeva "Sinxronizasiya" sərgisindən paylaşım etdi
- 15:07 İlham Əliyev Almaniyada səfərdədir - FOTOLAR
- 15:05 Ötən il 109 vətəndaşa mühafizə orderi verilib
- 14:54 DTX-nin saxladığı sabiq icra başçısı ilə bağlı yeni QƏRAR
- 14:50 Günay Ağamalıdan qəza törətməsi ilə bağlı xəbərə SƏRT REAKSİYA
- 14:44 Vətəndaşlara yüzminlərlə manat ziyan vuran müəllimə hökm oxundu
- 14:35 “Konstitusiya və Suverenlik İli” çərçivəsində 30 tədbir keçirilib
- 14:08 "Gənclərə milli - mənəvi dəyərləri aşılayan verilişlərə ehtiyac var" - Əli Vəliyev
- 14:00 Faizsiz, hissəli ödəmə ilə Yasamalda ev sahibi olun - "Kristal!"
- 13:37 Bu tarixlərdə güclü külək gözlənilir
- 13:22 Azərbaycanda muzeylərə maraq yüksək səviyyədədir – SORĞU
- 13:15 Pərvanə Vəliyevanın məqaləsi “Washington Times” qəzetində
- 13:04 DYP-dan sürücülərə təkrar MÜRACİƏT
- 13:01 Pensiya alanlara ŞAD XƏBƏR
- 12:58 Özəl klinikalarda onkoloji müalicəyə İCAZƏ VERİLDİ
- 12:44 Vaxtında ödənilməyən cərimə əməkhaqqından çıxılacaq
- 12:39 Epşteynin Bill Qeytslə yazışması üzə çıxdı - FOTO
- 12:22 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib
- 12:09 “Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır”
- 12:05 Xaricdən idarə olunan çevriliş planı - Dövlətə xəyanətin anatomiyası
- 11:52 Birbank-dan təqaüdçülərə özəl sərfəli KREDİT TƏKLİFİ
- 11:50 Avtomobil dərəyə yuvarlandı - 7 nəfər həlak oldu
- 11:45 Tramvay faciəsi - Ölən və yaralananlar var
- 11:31 Muazzez Ersoydan Epşteyn iddialarına CAVAB
- 11:30 Milli Məclisin iclası başladı - Gündəlikdə 10 məsələ var
- 11:24 Maşına silahlı hücum - 25 yaşlı gənc öldü
- 11:16 Türkiyədə araşdırmalar davam edir - 9 şirkətə əl qoyuldu
- 11:11 Bu şəxslərin pensiyası 3 dəfə artırılır
- 10:55 Rusiya Ukraynaya hücum etdi
- 10:51 Kəlbəcərə 40 santimetrədək qar yağdı - FOTO/VİDEO
- 10:47 "Razılaşmaya gəlməzlərsə, onlar üçün çətin olacaq" - Trampdan İran açıqlaması
- 10:45 Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı YENİ TƏFƏRRÜAT