Birbank təqaüdçülər üçün maliyyə rahatlığını artıran yeni fürsət təqdim edir. Belə ki, bankdan təqaüd alan şəxslərə özəl sərfəli nağd kredit kampaniyasına start verilir.
Kampaniya çərçivəsində müştərilər “Gündəlik tələbat krediti” üzrə 3%-dək endirimdən yararlanaraq hər
4000 AZN kredit üçün aylıq cəmi 100 AZN-dən
başlayan ödəniş imkanı əldə edirlər. Xüsusi təklif 11 fevral – 10 mart
tarixlərində keçərlidir.
Kampaniya yalnız Birbank müştəriləri üçün deyil. Digər banklardan təqaüd alan vətəndaşlar da
bu fürsətdən rahatlıqla yararlana bilirlər. Kredit üçün müraciət prosesi
isə olduqca sadə və rahatdır. Birbank mobil tətbiqində kredit
bölməsinə daxil olaraq, müvafiq məlumatları doldurmaqla müraciəti
qısa müddətdə rəsmiləşdirmək mümkündür. Həmçinin kredit müraciətini
sizə ən yaxın Kapital Bank/Birbank filialında da həyata keçirmək
olar.
Ətraflı
məlumat üçün: https://www.b-b.az/tkpr .
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim
edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək
ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və
PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın
müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.