Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, "Lexus" markalı minik avtomobili rayonun Üçgün kəndi ərazisində idarəetməni itirərək dərəyə aşıb.
Hadisə nəticəsində sürücü, Xaçmaz rayon sakini 1979-cu il təvəllüdlü Orucov Şamil Zehyeddin oğlu ölüb, onun sərnişinləri - 1985- ci il təvəllüdlü Orucov Faiq Teymur oğlu, 1978-ci il təvəllüdlu Dəmirov Ratiq Rafiq oğlu və 1977-ci il təvəllüdlü Abdullayev Ceyhun Fərhad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
21:05
Quba rayonunun Üçgün kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan 1 nəfər həlak olub, 2 nəfər ağır xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.