Gədəbəydə minik maşını aşdı - Xəsarət alanlar var

19:24 - 14 Fevral 2025

Gədəbəydə minik maşını aşdı - Xəsarət alanlar var

Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Hərəkətdə olan "TOFAŞ" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 1974-cü il təvəllüdlü E.Qurbanov və 1992-ci il təvəllüdlü F.İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az