Naftalanda mənzildə 35 yaşlı qadının meyiti aşkarlanıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Habil Əliyev küçəsi bina 29, mənzil 19-da qeydə alınıb.
Bahar Behbudovanın dəm qazından zəhərlənərək öldüyü bildirilir.
Qeyd edək ki, hadisənin qeydə alındığı mənzil qadının qohumuna məxsusdur.
Faktla bağlı araşdırma aparılır.