Göygöldə qəza - Xəsarət alanlar var

19:05 - 23 Fevral 2025

Göygöldə qəza  - Xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İlkin ehtimalara görə, qəzaya səbəb yolunun buzlu olması olub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az