Türkiyənin İsparta şəhərində yerləşən bir məktəbdə ibtidai sinif şagirdi qəhrəman müəllim sayəsində faciəvi hadisədən son anda qurtulub.
Manset.az-ın məlumatına görə, məktəbdə tənəffüs zamanı qəlyanaltı yeyən ibtidai sinif şagirdi boğulma təhlükəsi ilə üz-üzə qalıb.
Hadisə zamanı sinif müəllimi Gözde Batmaz Akın vəziyyətə dərhal reaksiya göstərərək Heimlich manevri tətbiq edərək, onun nəfəs borusuna ilişmiş cismin çıxmasını təmin edib.