Xəzər dənizinin Qazaxıstan sahilində 88 suitinin cəsədi aşkarlanıb.
Manset.az Oxu.az-a istinadla xəbər verir ki, onların ölüm səbəblərini müəyyən etmək çətindir. Buna səbəb heyvanların ehtimal olunan ölümlərindən 2-3 həftə sonra tapılmasıdır.
Bildirilir ki, bu dövrdə bölgədə qərb küləyi üstünlük təşkil edib, bu da suitilərin cəsədlərinin sahilə çıxmasına səbəb olub.