Türkiyənin Girəsun vilayətində faciəvi hadisə baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bitki yığmaq üçün yamaca çıxan 80 yaşlı Rəhmi Dəmir təxminən 25 metr hündürlükdən yıxılaraq, ağır xəsarətlər alıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım qrupları tərəfindən dərhal xəstəxanaya aparılan yaşlı kişinin bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.