Şəmkirdə 26 yaşlı oğlan intihar edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Əmrah Məmmədov özünü asaraq intihar edib. Onun meyiti yaxınları tərəfindən tövlədə asılmış vəziyyətdə tapılıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.