Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Beyləqan rayon sakini Yusifli Yusif Cabir oğlu hadisə yerində ölüb.
Sürücü Quba rayon sakini 2004-cü il təvəllüdlü İbrahimov Heydər Telman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.