Avtomobil aşdı - xəsarət alanlar var  

23:42 - 07 May 2025

Avtomobil aşdı - xəsarət alanlar var  

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az-ın məlumatına görə, qəza rayonun Zərrab kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, Oğuz rayon sakininin idarə etdiyi “VAZ-21012” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda onlara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv