Goranboyda iribuynuzlu heyvanlar tələf oldu

23:21 - 10 May 2025

Goranboyda iribuynuzlu heyvanlar tələf oldu

Goranboy rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri – 1974-cü il təvəllüdlü Arzu Cabbarova məxsus 12 baş, 1958-ci il təvəllüdlü Rafiq Ələsgərova məxsus 52 baş mal-qara zəhərlənərək tələf olub.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb fermada təmizlik məqsədilə istifadə olunan kimyəvi maddə olub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv