Kənd sakinini ildırım vurdu

08:00 - 16 May 2025

Kənd sakinini ildırım vurdu

Biləsuvar sakinini ildırım vurub.


Manset.az Qafqazinfo-ya istinadən bildirir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1981-ci il təvəllüdlü Bəşirov Ramin Habil oğlu həmkəndlisi ilə tarlada çalışarkən onları yağış tutub və yağışdan qorunmaq üçün ağac altına sığınıblar. Bu zaman R.Bəşirovu ildırım vurub.

Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv