Azərbaycanda AĞIR QƏZA - Çoxlu yaralı var

21:52 - 25 May 2025

Azərbaycanda AĞIR QƏZA - Çoxlu yaralı var

Batabat yolunda avtomobil yoldan çıxıb.


Manset.az xəbər verir ki, hadisə Naxçıvan – Batabat yolunun Biçənək kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Babək rayon Şəkərabad kənd sakinləri - 2014-cü il təvəllüdlü Vəliyev Fərhad Ceyhun oğlu, 2005-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı, 2004-cü il təvəllüdlü Zeynalova Surə Zeynal qızı, 2003-cü il təvəllüdlü Həsənov Nihad Həsən oğlu, 2002-ci il təvəllüdlü Vəliyev Fərahim Ceyhun oğlu xəsarat alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az