Bəy və gəlin toy günü qəzaya düşdü

15:36 - 04 İyun 2025

Bəy və gəlin toy günü qəzaya düşdü

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndi ərazisində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Emin Feyzullayev “Hyundai” markalı avtomobillə rayonun Sincab kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı çökəyə düşüb.

Hadisə nəticəsində sürücü və 2 sərnişin - 1981-ci il təvəllüdlü Təhminə Yusubova və 2006-cı il təvəllüdlü Mələk Feyzullayeva xəsarət alıb.

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Xatırladaq ki, hadisə nəticəsində xəsarət alan E.Feyzullayev və M.Feyzullayevanın bu gün toy məclisi olacaq. Onlar gözəllik salonundan gələrkən qəzaya düşüblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv