Bulvarda kişi dənizə düşdü - VİDEO

18:15 - 13 İyun 2025

Bulvarda kişi dənizə düşdü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.


Manset.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsi ilə üzləşən 1993-cü il təvəllüdlü İlqar Əliyev dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az