Azərbaycanda ailə FACİƏSİ - Mübahisə qanla bitdi

21:54 - 29 İyul 2025

Azərbaycanda ailə FACİƏSİ - Mübahisə qanla bitdi

Sumqayıt şəhərinin Corat qəsəbəsində ailədaxili münaqişə zamanı iki qardaş bir-birinə ağır xəsarətlər yetirib.


Manset.az Report-a istinadla xəbər verir ki, hadisə 1982-ci il təvəllüdlü Əsgərov Nəcəf Raqib oğlu ilə qardaşı, 1985-ci il təvəllüdlü Əsgərov Mehti Raqib oğlu arasında baş verib.

İlkin məlumata görə, mübahisə zamanı Nəcəf Əsgərov qardaşına dəmir parçası ilə baş nahiyəsindən zərbə endirib. Mehti Əsgərov isə cavab olaraq əlində olan bıçaqla Nəcəf Əsgərovu yaralayıb.

Hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az