Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Aşağı Cürəli kənd sakini Cəfərov Vüqar Əligüşad oğlu Bakıda, Xırdalan şəhərində çalışdığı çoxmərtəbəli binada yıxılaraq xəsarət alıb.
O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətin ağırlığı səbəbindən vəfat edib.
Qeyd edək ki, 5 uşaq atası olan 1978-ci il təvəllüdlü V. Cəfərov rayondan yenicə gələrək tikintidə fəhləlik edirmiş.