Bədbəxt hadisə zamanı həyatını itirən tur rəhbəri Rusif Zamanovun şəkilləri yayılıb.
Manset.az Oxu.az-a istinadən həmin fotoları təqdim edir:
***
22:08
Astarada bədbəxt hadisə nəticəsində ölüm faktı qeydə alınıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.
Belə ki, tur rəhbəri olan Lerik rayonunun Günəşli kənd sakini 29 yaşlı Rufiz Zamanov dağlıq ərazidə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun dayısının sözlərinə görə, R. Zamanov epilepsiya xəstəsi olub.
Faktla bağlı araşdırma aparılır.