Qəbələnin Laza kəndində çobanlıq edən şəxs qayalıq ərazidən keçərkən atla qayadan yıxılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Laza kəndində qeydə alınıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan və köməksiz qalan şəxs FHN-in xilasetmə qrupuna müraciət edib.
Dərhal əraziyə yollanan FHN-in Şimal Qərb Regional mərkəzinin xilasediciləri həmin şəxsi qayalıq ərazidən götürərək təcili tibbi yardım əməkdaşlarına təhvil verib.
İlkin tibbi yardım göstərilən şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.