Kəlbəcərdə minaya düşən şəxsin hərbçi olduğu məlum olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Tanrıverdiyev Emin Möhübbət oğlu müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur (MAXE).
***
22:21
Goranboy sakini Kəlbəcərdə minaya düşüb.
Manset.az APA-ya istinadla xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.
Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.
O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.