Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.
İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.