Mingəçevirdə qəza - Xəsarət alan var 

21:58 - 25 Noyabr 2025

Mingəçevirdə qəza - Xəsarət alan var 

Mingəçevirdə piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil piyada, 34 yaşlı Tükəz Həsənovanı vurub.

Sınıq xəsarətləri alan piyada Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az