Məktəbdə zəhərlənənlər xəstəxanadan evə buraxıldı - YENİLƏNİB

18:56 - 05 Dekabr 2025

Məktəbdə zəhərlənənlər xəstəxanadan evə buraxıldı - YENİLƏNİB

Salyanın Aşağı Noxudlu kəndində məktəbdə tüstüdən zəhərlənənlər xəstəxanadan evə buraxılıb.


Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Qeyd olunub ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Gün ərzində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir. Bildirilib ki, hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.

***

15:37

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

Bildirilib ki, 20 şagird məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az