Bakıda evdə PARTLAYIŞ - Yaralılar var

13:38 - 09 Dekabr 2025

Bakıda evdə PARTLAYIŞ - Yaralılar var

Sabunçu rayon Bakıxanov qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.


Manset.az FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə bu barədə ilkin məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Bakıxanovda baş verən partlayış nəticəsində 2 nəfər yaralanıb.


TƏBİB-dən bildirilib ki, bu gün saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb:

 “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

***

Sabunçu Tibb Mərkəzindən verilən məlumata əsasən, I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib: “Aparılan reanimasiyon tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb”.

***

Nərimanov Tibb Mərkəzindən verilən məlumata əsasən, partlayışda xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub: “Ona başın, boyunun, hər iki yuxarı ətrafın II-III dərəcəli termiki alov yanığı diaqnozu qoyulmuşdur. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az