Balakəndə ağır QƏZA - Ölən və yaralananlar var

19:27 - 15 Dekabr 2025

Balakəndə ağır QƏZA - Ölən və yaralananlar var

Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Talalar kəndi ərazisində olub.

Belə ki, “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az